Bank Of Baku

Azərbaycan sərhədini qanunsuz keçmək istəyən İran vətəndaşı öldürülüb

Azərbaycan sərhədini qanunsuz keçmək istəyən İran vətəndaşı öldürülüb
# 05 sentyabr 2007 10:10 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, İran vətəndaşı olan iki qaçaqmalçı sərhədi qanunsuz keçməyə cəhd edib. Qaçaqmalçılar Azərbaycan sərhədçilərinin xəbərdarlığına məhəl qoymayıblar. Buna görə sərhədçilər atəş açmağa məcbur olublar. Atəş nəticəsində İran vətəndaşlarından biri həlak olub, digəri isə ölkəsinə qaça bilib. Hadisə Lənkəran ərazisində baş verib. Azərbaycan Respublika Hərbi Prokurorluğundan APA-ya verilən məlumatda fakt təsdiqlənib. Faktla bağlı cinayət işi başlanıb, İran vətəndaşlarının şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR