Bank Of Baku

3 yol qəzasında 4 nəfər ölüb

3 yol qəzasında 4 nəfər ölüb
# 05 sentyabr 2007 11:28 (UTC +04:00)
Qaradağ rayonunun Ələt qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 5-də saat 02:10 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Zaqatala rayon sakini Cəbrayıl Eminov “Mercedes” markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Ağstafa rayon sakini Niyaməddin Musayevə məxsus “Mersedes” markalı avtomaşına vurub, o isə öz növbəsində Sabirabad rayon sakini Nicat Cəfərova məxsus “MAZ” markalı avtomaşına dəyib. Nəticədə N. Musayevin sərnişinlərindən Tovuz rayon sakinləri Qoşqar Rəsulov və Təvəkkül Rüstəmov hadisə yerində keçinib, 17 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 14 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfərin vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Sabunçu rayonundakı Məmmədyarov dairəsində Maştağa qəsəbə sakini Fikrət Vəliyev idarə etdiyi “VAZ-2104” markalı avtomaşını maneəyə vurub. Nəticədə F. Vəliyev hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Qobustan rayonunun Cəngi kəndi ərazisində Bakı şəhər sakini Teymur İsmayılov idarə etdiyi “Nexia” markalı avtomaşını onu aşırıb. Nəticədə T. İsmayılovun sərnişini, həyat yoldaşı Təranə hadisə yerində ölüb, xəsarət almış T. İsmayılov və digər sərnişinləri - Bakı şəhər sakinləri Sürayyə Həsənova, Kamran Qurbanov və Zərifə Qurbanova xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qobustan RPŞ tərəfindən araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR