Bank Of Baku

Maşın qaçırılması qəza ilə nəticələnib

Maşın qaçırılması qəza ilə nəticələnib
# 05 sentyabr 2007 11:28 (UTC +04:00)
Xətai rayonu ərazisində maşın qaçırılması qəza ilə nəticələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hövsan qəsəbə sakini Şəmsi Niftullayev Xətai rayonu ərazisindəki S.Ə.Şirvani küçəsindən Bakı şəhər sakini Məhəbbət Əliyevaya məxsus “Mercedes-220” markalı avtomaşını qaçırıb. Daha sonra o, “Mercedes”i Zığ yolunda qarşıdan gələn, Hövsan qəsəbə sakini Yalçın Hüseynovun idarə etdiyi “VAZ-2101” markalı avtomaşına vurub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ş. Niftullayev Xətai RPİ 34-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR