Bank Of Baku

Akif Nağı və 15 QAT fəalı polis bölməsinə aparılıb

Akif Nağı və 15 QAT fəalı polis bölməsinə aparılıb
# 05 sentyabr 2007 11:45 (UTC +04:00)
Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı və təşkilatın 15-ə yaxın üzvü Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. QAT İdarə Heyətinin üzvü Gültəkin Quliyeva APA-ya bildirib ki, saat 12.20-də təşkilatın ofisinə daxil olan mülki geyimli polis əməkdaşları Ermənistanın daxili işlər naziri Hayk Arutunyanın MDB daxili işlər nazirlərinin Bakıda keçiriləcək yığıncağına qatılmasına etirazla bağlı qurumun fövqəladə toplantısında iştirak edən şəxsləri avtomobillərə mindirərək aparıblar. Sonradan məlum olub ki, saxlanılanlar Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsindədir. Buna baxmayaraq, G. Quliyeva Ermənistan daxili işlər nazirinin Azərbaycana səfəri ilə əlaqədar QAT-ın keçirmək istədiyi etiraz aksiyasının təxirə salınmadığını diqqətə çatdırıb.
Nərimanov rayon Polis İdarəsi və 16-cı polis bölməsindən hadisə ilə bağlı məlumat verməkdən imtina ediblər. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə QAT üzvlərinin saxlanılması haqda bilgiyə malik olmadığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR