Bank Of Baku

İtkin düşmüş 37 yaşlı Quba sakininin meyiti tapılıb

İtkin düşmüş 37 yaşlı Quba sakininin meyiti tapılıb
# 05 sentyabr 2007 12:15 (UTC +04:00)
Sentyabrın 2-də itkin düşmüş 37 yaşlı Quba sakininin meyiti tapılıb. Quba Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, rayonun Küpçalqışlaq kənd sakini, 1970-ci il təvəllüdlü Elman Rzabala oğlu Rzayevin cəsədi bu gün Samur-Abşeron kanalının Siyəzən rayonunda yerləşən sudurulducu hövzəsində aşkarlanıb. Meyit Dəvəçi rayonunda ekspertizan keçirilib. Mərhumun yaxınları onun E. Rzayev olduğunu təsdiqləyiblər. Cəsəd torpağa tapşırılması üçün Küpçalqışlaq kəndinə aparılıb. Faktla bağlı Quba rayon prokurorluğunda təhqiqat aparılır. İlkin versiyaya görə, mərhum ehtiyatsızlıqdan kanala düşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR