Bank Of Baku

Türkiyədə insan alveri ilə məşğul olan azərbaycanlı qadın həbs edilib

Türkiyədə insan alveri ilə məşğul olan azərbaycanlı qadın həbs edilib
# 05 sentyabr 2007 13:30 (UTC +04:00)
Türkiyədə insan alveri ilə məşğul olan azərbaycanlı qadın həbs olunub. APA-nın məlumatına görə, polis orqanlarına Antalyanın Alanya qəsəbəsində iki şəxsin fahişəxana saxladığı barədə məlumat daxil olub. Göstərilən ünvanda axtarış aparan polis bir Türkiyə vətəndaşını və 46 yaşlı azərbaycanlı qadını həbs edib. İlkin araşdırmadan sonra hər iki şəxsin qadın alveri ilə məşğul olduğu təsdiqlənib və materiallar məhkəməyə göndərilib. Məhkəmə hər iki şəxsin azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Məhkəmə qərarı ilə azadlıqdan məhrum edilən azərbaycanlı qadın Alanya cəzaçəkmə müəssisəsində saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR