Bank Of Baku

QAT sədri Akif Nağı və təşkilatın 15 üzvü polis idarəsində 3 saat saxlandıqdan sonra sərbəst buraxılıblar

QAT sədri Akif Nağı və təşkilatın 15 üzvü polis idarəsində 3 saat saxlandıqdan sonra sərbəst buraxılıblar
# 05 sentyabr 2007 14:11 (UTC +04:00)
Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı və təşkilatın daha 15-ə yaxın üzvü polis idarəsində 3 saata yaxın saxlandıqdan sonra sərbəst buraxılıblar. QAT sədri Akif Nağı APA-ya bildirib ki, saat 12.20-də QAT qərargahına daxil olan mülki geyimli polis əməkdaşları Ermənistanın daxili işlər naziri Hayk Harutunyanın MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən toplantısında iştirakına etirazla bağlı qurumun fövqəladə toplantısında iştirak edən təşkilat üzvlərini saxlayaraq, polis idarəsinə aparılıblar. Aksiya üçün nəzərdə tutulan plakatlar da polis tərəfindən götürülüb. Polis idarəsinin rəisi Elxan Həsənov A. Nağıdan aksiyanı təxirə salmalarını tələb edib və bununla bağlı QAT sədrinə sonuncu xəbərdarlıq edildiyini deyib. A. Nağının sözlərinə görə, isə Ermənistan DİN rəhbərinin Azərbaycana səfəri ilə əlaqədar QAT-ın keçirmək istədiyi etiraz aksiyası təxirə salınmayıb. O, aksiyanı keçirməkdə israrlı olduqlarını diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR