Bank Of Baku

Azərbaycan paytaxtında kütləvi zəhərlənmə baş verib

Azərbaycan paytaxtında kütləvi zəhərlənmə baş verib
# 05 sentyabr 2007 15:13 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya bildirib ki, dünən saat 23.25-dən başlayaraq, Bakı şəhər 5 saylı Uşaq Yoluxucu Xəstəxanasına qida zəhərlənməsi diaqnozu ilə 26 uşaq gətirilib. Eyni diaqnozla 25 xəstə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Hazırda zəhərlənən uşaqlardan bir necəsinin vəziyyəti ağır, digər uşaqların vəziyyəti isə kafidir. 3 saylı şəhər Klinik Xəstəxanasına daxil olan 25 xəstə isə artıq evə buraxılıb. İlkin araşdırmalara görə, xəstələr Binə qəsəbəsinin Təzə Məhəllə adlanan ərazisində həyət şəraitində keçirilən kiçik toy məclisində hazırlanan yeməklərdən zəhərləniblər. Hazırda zəhərlənmənin səbəbini müəyyənləşdirmək üçün analizlər aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR