Orucəli Hacıyev: “Xilasetmə işləri sabah axşam başa çatdırılacaq”
- Biz bu il avqustun 28-dən sentyabrın 1-ə kimi ancaq sağ qaldıqları güman edilən insanları xilas etməklə məşğul olmuşuq. Həmin vaxt ağır texnikaları əraziyə buraxmaq təlimata əsasən uyğun sayılmırdı. İlk günlər Fövqəladə Hallar Nazirliyinin kinoloji xidməti və xilasetmə qrupları hadisə yerində işləyib. Sentyabrın 1-dən bu günə kimi isə artıq baş verən qəza lokallaşıb. Yəqin sabah bu işlər yekunlaşacaq. Qəzada həlak olan və hələlik cəsədləri tapılmayan digərlərinin binanın zirzəmi qatında olması güman edilir. Zirzəminin üstü isə demək olar ki, 6 metrlik beton qatı ilə örtülüb. Biz ölənlərin cəsədlərini yaxınlarına maksimum xətər toxunmadan çatdırmaq istəyirik. Texnikanı idarə edənlərin hamısına çox ehtiyatla işləmələri tapşırılıb. Əraziyə lazım olan bütün texnikalar yerləşdirilib. Hazırda hansısa texnikaya ehtiyac yoxdur. Azərbaycanda olan bütün ağır texnikalar və sərnişin daşıyan maşınlar bizim mülkü-müdafiə qoşunlarının qeydiyyatındadır. Təlimata görə, hər hansı fövqəladə hadisə baş verəndə bütün dövlət və özəl qurumlara aid ağır texnika müvəqqəti olaraq FHN-nin sərəncamına verilir.
- Hazırda xilasetmə və təmizləmə işləri hansı mərhələdədir?
- Artıq dağıntılar altında kiminsə sağ qalması ehtimalı olmadığına görə, ikinci mərhələ həyata keçirilir, yəni hərtərəfli təmizlənmə işləri aparılır. Bu əraziyə giriş yalnız bir tərəfdən olduğuna görə, təmizləmə işlərini də bir tərəfdən aparmaq mümkündür. Biz var gücümüzlə işləyirik. Əsas məsələlərdən biri də xilasetmə və təmizləmə işləri apararkən qonşu binalara xətər yetirməməkdir. Qəza baş verəndən bu günə qədər ağır texnikanın işi bir saat belə dayanmayıb.
- Bu hadisə ilə bağlı sakinləri evakuasiya olunan binalarda aparılan ekspert yoxlamalarının nəticəsi nə vaxt açıqlanacaq. Həmin binaların sökülməsi gözlənilirmi?
- Həmin binaların sakinlərinin narahat olduqlarını biz də bilirik. Onlar qohumlarının evlərində yaşayırlar. Bu bizi də çox narahat edir və onların vəziyyətini başa düşürük. Ən geci iki günə ekspertizanın rəyinin açıqlanacağı gözlənilir. Mənə elə gəlir ki, həmin binaların sökülməsinə ehtiyac olmayacaq. Çünki indiyə qədərki rəyə görə, çökən binanın yanındakı bina möhkəmdir və onun sökülməsinə ehtiyac yoxdur. Digər binalarla bağlı yoxlama isə davam edir.
- Binanın uçması ilə bağlı mətbuatda müxtəlif tənqidlər və şayiələr dərc olunur. Buna münasibətiniz necədir?
- Baş verən hadisə xarakterinə görə ən yüksək uçqun kateqoriyasına aiddir. 16 mərtəbəli bina 100 faiz çöküb, bir faiz də konstruksiya salamat deyil. Dünyanın heç bir yerində bu tipli qəzanın fəsadlarını az müddətdə aradan qaldırmaq mümkün olmayıb. Bizə göstəriləsi belə bir nümunə yoxdur. Bunu yazan mətbuat orqanları hansı ölkənin mütəxəssislərini dəvət etsələr, onlar da xilasetmə və təmizləmə işlərinin bu qədər sürətlə aparılmasına təəccüb edərlər. Biz qısa müddətdə xilasetmə işləri aparmağı bacardıq. Çox qısa müddətdə binanın qalıqları altından sağ qalan insanlar, cəsədlər çıxarılıb, ərazinin mühafizəsi təşkil edilib, bütün qüvvələr hadisə yerinə cəlb edilib.
- Xilasetmə işlərinə yardım göstərilməsi üçün FHN-nin bir neçə ölkəyə müraciət etdiyi bildirilir. Bu məlumatlar nə dərəcədə həqiqətəuyğundur?
- Bizim heç bir ölkənin köməyinə ehtiyacımız yoxdur və belə müraciətlər də olmayıb. . Ölkədə kifayət qədər texnika və mütəxəssislər var. Bütün lazım olan texnikalar FHN-nin sərəncamına verilib. Kiminsə dəvət olunmasına heç bir ehtiyac yoxdur.
- Xilasetmə tədbirləri nə vaxt yekunlaşacaq?
- Yəqin ki, sabah axşama bütün işlər yekunlaşacaq. Ancaq cəsədlərin dərin qatlarda olması mümkündür. Çünki 6 metr aşağıda zəmin qatları var və onlar hamısı çöküb. Biz güman edirik ki, cəsədlər yuxarı qatlardadır. Ona görə də sabah axşama həmin cəsədlərin çıxarılacağını düşünürük. Sona qədər bütün işlər görüləcək. /APA/
Hadisə
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Göygöldə maşın aşıb, xəsarət alanlar var
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Xəbər Lenti
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
Aralıq dənizində 3,9 bal gücündə zəlzələ olub
DÇ-2026: Argentina Avstriyanı məğlub edib, Messi iki qolla tarixə düşüb
Qətər İranın dondurulmuş aktivlərinin xərclənməsinə nəzarət mexanizminin yaradılmasına kömək edəcək
Vens: ABŞ və İran arasında texniki danışıqlar davam edir
Messi dünya çempionatlarının bombardiri adını ələ keçirib
Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib
İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
BMT: İsrailin hücumları nəticəsində Livanın cənubunda 11 min ev dağılıb
Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə iki ölkə arasındakı mövcud vəziyyəti müzakirə edib
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib, 5 nəfər ölüb - YENİLƏNİB2
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə yola salınacaq
Sahibə Qafarova BƏƏ Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb
İranın danışıqlar heyəti Omana səfər edib
“Fars”: AEBA müfəttişlərinin İrana qayıtması ilə bağlı heç bir müzakirə aparılmayıb
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Emin Əmrullayev: Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir, onların ehtiyaclarını anlamaq vacibdir - MÜSAHİBƏ
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
Aİ ölkələri Moldovanın bloka inteqrasiyasının dərinləşdirilməsi üzrə razılığa gəlib
Prezident İlham Əliyevin adından Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib - FOTO
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub - YENİLƏNİB
Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb
Göygöldə maşın aşıb, xəsarət alanlar var
Türkmənistanlı nazir DOST Mərkəzi ilə tanış olub
Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası təsdiqlənib
Emin Əmrullayev dərsliklərdəki problemlərdən danışıb
Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə verilməsi qaydası müəyyənləşib
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Birinci nazir Kir Starmeri şimali irlandiyalılara qarşı ayrı-seçkilikdə ittiham edib
Qətərdə qaz emalı zavodunda partlayışda 13 nəfər ölüb, 66 yaralı var - YENİLƏNİB-1
Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır
Nazir müəllimlərin maaşlarının artırılmasının mümkünlüyünə münasibət bildirib
Netanyahu İsrailin lazım olduğu müddətcə cənubi Livanda qalacağını bildirib
Doktoranturaya qəbul olmaq istəyənlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Qətərin Baş naziri: ABŞ və İran arasında müharibəyə son qoymaq vəziyyətinə çatmışıq
Müəllimlərin sertifikasiyasının nəticələri iki həftə ərzində elan ediləcək, maaşlar artacaq
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
Səyahətə çıxmadan evinizi mütləq sığortalayın - FOTO
Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir
Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
Hindistanda hazırlıq mərkəzində yanğında azı 13 nəfər ölüb