Bank Of Baku

Azərbaycan paytaxtında uçmuş binanın dağıntıları altından dünən çıxarılan sonuncu cəsədin şəxsiyyəti müəyyənləşib

Azərbaycan paytaxtında uçmuş binanın dağıntıları altından dünən çıxarılan sonuncu cəsədin şəxsiyyəti müəyyənləşib
# 06 sentyabr 2007 07:01 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu, 1976-cı il təvəllüdlü, Laçın rayonundan məcburi köçkün olan Əsgərov Valeh Telman oğludur. Qeyd edək ki, dünən xilasedicilər dağıntılar altından daha iki nəfərin - 1964-cü il təvəllüdlü Məhərrəmov Cahan Mülkədar oğlunun və 1949-cu il təvəllüdlü Hüseynov Rafiq Nemət oğlunun cəsədlərini çıxarıblar. Hadisə baş verəndən sonra dağıntılar altından çıxarılan cəsədlərin sayı 18-yə çatıb. Daha 8 nəfərin cəsədinin dağıntılar altında qaldığı ehtimal olunur. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR