Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib
# 06 sentyabr 2007 07:28 (UTC +04:00)
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran şəhər Polis Şöbəsindən (ŞPŞ) məlumat verilib. Hadisə sentyabrın 6-da saat 00.15 radələrində Şəhidlər Xiyabanı ərazisində baş verib. Masallı rayonunun Xocavar kənd sakini, 1961-ci il təvəllüdlü Vaqif Bayram oğlu Həşimovun idarə etdiyi “QAZ-24” markalı “42 BA 119” dövlət nömrə nişanlı avtomaşın sürət həddini aşaraq ərazidəki yol dairəsinin səkisinə çırpılıb. Nəticədə sürücü V. Həşimov aldığı xəsarətdən yerindəcə keçinib. Maşındakı sərnişinlər - 1963-cü il təvəllüdlü Xatirə Şamil qızı Manafova, 1963-cü il təvəllüdlü Mətanət Nüsrət qızı Manafova və 1985-ci il təvəllüdlü Maisə İsmayıl qızı Manafova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxananın travmatologiya şöbəsindən APA-nın cənub bürosuna bildirilib ki, X. Həşimova ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər iki xəstənin vəziyyəti isə qənaətbəxşdir. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR