Bank Of Baku

Azərbaycan paytaxtında çoxmərtəbəli binanın uçması nəticəsində yaralanmış 3 yaralıdan ikisi xəstəxanadan evə buraxılıb

Azərbaycan paytaxtında çoxmərtəbəli binanın uçması nəticəsində yaralanmış 3 yaralıdan ikisi xəstəxanadan evə buraxılıb
# 06 sentyabr 2007 09:13 (UTC +04:00)
Bakının Yasamal rayonunda uçmuş hündür mərtəbəli binanın dağıntıları altından çıxarılaraq Klinik Tibbi Mərkəzə yerləşdirilmiş 3 yaralıdan ikisi evə buraxılıb. Bu barədə APA-ya Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsindən məlumat verilib. Binanın qalıqları altından sağ çıxarılan Əfəndi Vüqar Mirmahmud oğlu və Əliyev Rauf Bahadur oğlu tam müalicə aldıqdan sonra xəstəxananı tərk ediblər. Hazırda xəstəxanada olan yaralı Axundov Əvəzağa Bəşirağa oğlunun müalicəsi davam edir. Həkimlər onun səhhətinin qənaətbəxş olduğunu bildirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR