Bank Of Baku

Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb

Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb
# 06 sentyabr 2007 11:04 (UTC +04:00)
Ötən gecə Zaqatala rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Muğanlı kənd sakini, 1972-ci il təvəllüdlü Məmməd Əhmədov idarə etdiyi “Moskvi甝 markalı, 10 LD 283 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı qoz ağacına çırpıb. Qəza nəticəsində sürücü M. Əhmədov hadisə yerində keçinib. Maşında olan sərnişin Samirə Əhmədova isə ağır bədən xəsarəti və kəllə-beyin travması ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Zaqatala rayon Polis Şöbəsindən bildiriblər ki, qəzanın baş verməsinə M. Əhmədovun maşını yüksək sürətlə idarə etməsi və hərəkət istiqamətini itirməsi səbəb olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR