Bank Of Baku

Avtomobil qaçıran keçmiş məhkumlar tutulub

Avtomobil qaçıran keçmiş məhkumlar tutulub
# 06 sentyabr 2007 11:59 (UTC +04:00)
Bakı şəhər sakini Əli Bəylərova məxsus avtomobili qaçırmış şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 5-də paytaxtın İ. Qasımov küçəsindən həmin küçədə yaşayan Əli Bəylərova məxsus “VAZ-2106” markalı avtomaşın qaçırılıb. Nəsimi RPİ və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Rəhimov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Zahir Allahverdiyev həbs edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR