Bank Of Baku

Oğurluq törətmiş 3 nəfər yaxalanıb

Oğurluq törətmiş 3 nəfər yaxalanıb
# 06 sentyabr 2007 12:06 (UTC +04:00)
Bakıxanov qəsəbəsində mağazadan oğurluq etmiş şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 29-dan sentyabrın 1-dək olan müddət ərzində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Faiq Fətullayevə məxsus mağazadan açar seçmək yolu ilə məişət əşyaları oğurlanıb. Sabunçu RPİnin 13-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakinləri Toğrul Məmmədov və əvvəllər məhkum olunmuş Seyran Rəhimov həbs edilib.
Xətai RPİ-nin 37-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə sentyabrın 3-də Xətai rayonu Nobel prospektindəki “Marlboro” kafesində Türkiyə vətəndaşı Murat Ercümentin cibindən 600 dollar və 960 manat pulu oğurlamış Bakı şəhər sakini Mais Muradov tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR