Bank Of Baku

3 yol qəzasında 3 nəfər ölüb

3 yol qəzasında 3 nəfər ölüb
# 06 sentyabr 2007 12:22 (UTC +04:00)
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 5-də saat 20:40 radələrində Sumqayıt şəhərində Barat Məhərrəmov idarə etdiyi “QAZel” markalı avtomaşınla şəhər sakini Şüşə Eminovanı vurub. Nəticədə Ş. Eminova hadisə yerində keçinib. Faktla bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Zaqatala rayonunun Əli Bayramlı kəndində Muğanlı kənd sakini Məmməd Əhmədov idarə etdiyi “Moskvi甝 markalı avtomaşını ağaca vurub. Nəticədə M. Əhmədov hadisə yerində ölüb, xəsarət almış sərnişini, həyat yoldaşı Gözəl isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində Vaqif Həşimov idarə etdiyi “QAZ-24” markalı avtomaşını maneəyə vurub. Nəticədə V. Həşimov hadisə yerində həlak olub, xəsarət almış sərnişinləri - Cəlilabad rayon sakini Xatirə Həşimova, Masallı rayon sakinləri Məlahət Manafova və Maisə Manafova xəstəxanaya yerləşdirilib. Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR