Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov istintaqa çağırılıb

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov istintaqa çağırılıb
# 06 sentyabr 2007 12:29 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı mənbənin APA-ya verdiyi məlumata görə, dünən BŞİH başçısının müavini Rauf Pənahov, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, baş memar Akif Abdullayev, həmin idarənin Yasamal rayonu üzrə kuratoru Fəxri Aydəmirov, qanunsuz tikililər və layihələr sektorunun müdiri Qafar Əhmədov, eləcə də idarənin bir neçə mütəxəssisi istintaqda ifadə veriblər.
Prokurorluq orqanları avqustun 29-dan etibarən Bakı Şəhər İcra Hakimiyyətində və Memarlıq və Şəhərsalma Baş İdarəsində yoxlamalara başlayıb. Yoxlamalarda hündür mərtəbəli binaların tikintisi ilə bağlı bütün icazə sənədləri yoxlanılır.
Qeyd edək ki, barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi açılan və Yasamal rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilən BŞİH-in Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin rəisi Akif Məhərrəmov artıq 1 saylı Bayıl Təcridxanasına köçürülüb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR