Bank Of Baku

Bərdədə toy məclisində 29 nəfər qidadan zəhərlənib, 4 nəfərin vəziyyəti ağırdır

Bərdədə toy məclisində 29 nəfər qidadan zəhərlənib, 4 nəfərin vəziyyəti ağırdır
# 06 sentyabr 2007 19:49 (UTC +04:00)
Onlardan 5-i yaşlı və orta yaşlı şəxslər, 24 isə 7-14 yaş arasında olanlardır. Zəhərlənənlərin vəziyyəti orta-ağırdır. Bərdə rayon Uşaq Xəstəxanasına yerləşdirilən xəstələrin bir qismi artıq ilkin yardımdan sonra evə buraxılıblar. Xəstəxanaya öncə uşaqlar, daha sonra isə yaşlılar müraciət edib. Hazırda da eyni kənddən xəstəxanaya daxil olanların sayı artır. Valideynlər xəstəxanaya uşaqları ilə bir yerdə müraciət etdikləri üçü onlara da rayon Uşaq Xəstəxanasında ilkin tibbi yardım göstərilir.
Bərdə rayon Uşaq Xəstəxanasının baş həkimi Həqiqtə Ağayeva zəhərlənənlərdən 4-nün reanimasiyaya yerləşdirildiyini də deyib.
Bərdə rayon Uşaq Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Elxan Hümbətov ilkin ehtimallara görə zəhərlənməyə toyda verilən toyuq budu və sərinləşdirici içkilərin səbəb olduğu barədə versiyaların varlığını bildirib. Hazırda hadisə yerində olan kənd sakinləri toyda verilən ətdən qeyri-adi qoxu gəldiyini də deyiblər. Onların bildirdiyinə görə, təxminən 10 gün əvvəl həmin kənddə sərinləşdirici içkilərdən zəhərlənmə qeydə alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR