Bank Of Baku

Uçmuş binanın dağıntıları altında qalaraq həlak olan Astara rayonunun Ərçivan kənd sakinləri Nəzər Nəzərovla Rəvan Ağayevin dəfn mərasimi keçirilib

Uçmuş binanın dağıntıları altında qalaraq həlak olan Astara rayonunun Ərçivan kənd sakinləri Nəzər Nəzərovla Rəvan Ağayevin dəfn mərasimi keçirilib
# 07 sentyabr 2007 07:50 (UTC +04:00)
Bakının Yasamal rayonu ərazisində uçmuş binanın dağıntıları altından dünən cəsədi çıxarılan Astara rayonunun Ərçivan kənd sakini, 1984-cü il təvəllüdlü Nəzər Fərman oğlu Nəzərov və 1986-cı il təvəllüdlü Rəvan İlyas oğlu Ağayev bu gün doğulub boya-başa çatdıqları kənddə torpağa tapşırılıb. APA-nın cənub bürosunun məlumatına görə, dəfn mərasiminə yerli əhali ilə birgə, Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də qatılıb.
Qeyd edək ki, Ərçivan kəndinin 20-dək sakini başı bəlalı binanın tikintisində işləyib. Onlardan beş nəfər həlak olub. 1968-ci il təvəllüdlü Arif Məhərrəm oğlu Feyziyev, 1985-ci il təvəllüdlü Emil Seyfulla oğlu Babayev, 1977-ci il təvəllüdlü Habil Məhərrəm oğlu Feyziyev, 1982-ci il təvəllüdlü Sakit Adil oğlu Feyziyev və 1977-ci il təvəllüdlü Razi Elsevər oğlu İmaməliyev kənd qəbiristanlığında dəfn olunub. 1989-cu il təvəllüdlü Seymur Nəcəfəli oğlu Hüseynovun taleyi barədə isə hələlik heç bir məlumat yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR