Bank Of Baku

MDB Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən toplantısında 9 sənəd imzalanıb

MDB Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən toplantısında 9 sənəd imzalanıb
# 07 sentyabr 2007 08:50 (UTC +04:00)
İmzalanan sənədlər “Cinayətkarlığa qarşı mübarizə sahəsinə informasiya mübadiləsi haqqında”, “İnformasiya texnologiyaları sahəsində cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın effektivliyinin artırılması”, “MDB Daxili İşlər Nazirliklərinin mərkəzləşdirilmiş hesabatlarının hazırlanması və istifadəsinə dair informasiya təminatı və statistik informasiya mübadiləsi aparmasının perspektivləri haqqında”, “MDB Daxili İşlər Nazirliklərinin əməkdaşlığının müqavilə-hüquqi və təşkilati bazasının öyrənilməsinin nəticələri haqqında”, “MDB Daxili İşlər Nazirliklərinin avtomatlaşdırılmış məlumatlar bankının vahid şəbəkəsinin yaradılmasına dair təşkilati-texniki tədbirlər planının hazırlanması haqqında”, “MDB İcraiyyə Komitəsi yanında Daxili İşlər Nazirləri Şurasının sədri haqqında”, “Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növlərinə qarşı mübarizənin Koordinasiya Bürosu direktorunun müavini haqqında” və “MDB Daxili İşlər Nazirliklərinə müraciət əsasında həyata keçirilən dövlətlərarası axtarış haqqında təlimata axtarışda olan şəxslərin tutulması üçün DİN əməkdaşlarının ezam olunmasına dair dəyişikliklərin edilməsi barədə” saziş və müqavilələrdir. Bundan başqa iclasın gedişində Azərbaycan və Özbəkistan Daxili İşlər Nazirlikləri və Rusiya ilə Özbəkistan Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığa dair sazişlər imzalanıb. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR