Bank Of Baku

Azərbaycan paytaxtında uçmuş binanın dağıntıları altından saat 11.10-da çıxarılan cəsədin şəxsiyyəti müəyyənləşib

Azərbaycan paytaxtında uçmuş binanın dağıntıları altından saat 11.10-da çıxarılan cəsədin şəxsiyyəti müəyyənləşib
# 07 sentyabr 2007 09:19 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu, Beyləqan rayon sakini, 1967-ci il təvəllüdlü Sadıxov İlham Soltan oğludur. Qeyd edək ki, xilasedicilər bu gün dağıntılar altından iki cəsəd çıxarıblar. Gecə saatlarında dağıntılar altından çıxarılan 1988-ci il təvəllüdlü, Astara rayonu, Ərçivan kənd sakini Ağayev Rəvan İlyas oğlunun cəsədi artıq doğma kəndinə göndərilib və dəfn olunub. Bununla da dağıntılar altından çıxarılan cəsədlərin sayı 22-yə çatıb. Daha 3 nəfərin cəsədinin dağıntılar altında qaldığı ehtimal olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR