Bank Of Baku

Azərbaycan paytaxtında uçmuş binanın dağıntıları altından saat 14.11-də daha bir cəsəd çıxarılıb

Azərbaycan paytaxtında uçmuş binanın dağıntıları altından saat 14.11-də daha bir cəsəd çıxarılıb
# 07 sentyabr 2007 11:16 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, cəsədin şəxsiyyəti müəyyənləşməyib. Çıxarılan cəsəd Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizasına aparılıb. Burada müvafiq prosedurlar həyata keçirildikdən sonra cəsədin şəxsiyyəti barədə məlumat veriləcək. Qeyd edək ki, bu, bu gün dağıntılar altından çıxarılan sayca dördüncü cəsəddir. Xilasedicilər gecə saatlarında 1988-ci il təvəllüdlü, Astara rayonu, Ərçivan kənd sakini Ağayev Rəvan İlyas oğlunun cəsədini, saat 11.10-da isə Beyləqan rayon sakini, 1967-ci il təvəllüdlü Sadıxov İlham Soltan oğlunun cəsədini çıxarmağa müvəffəq olublar. Saat 13.45-də çıxarılan cəsədin şəxsiyyəti isə hələ müəyyənləşməyib. Bununla da dağıntılar altından çıxarılan cəsədlərin sayı 24-ə çatıb. Daha 1 nəfərin cəsədinin dağıntılar altında qaldığı ehtimal olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR