Bank Of Baku

Bərdədə toy məclisində zəhərlənmiş 29 nəfər bu gün xəstəxanadan evə buraxılıb

Bərdədə toy məclisində zəhərlənmiş 29 nəfər bu gün xəstəxanadan evə buraxılıb
# 07 sentyabr 2007 11:51 (UTC +04:00)
Dünən Bərdənin Tumaslı kəndində keçirilən toy mərasimində zəhərlənmiş 29 nəfərin hamısı xəstəxanada tibbi yardım aldıqdan sonra bu gün evə buraxılıblar. Bu barədə APA-nın Qarabağ bürosuna Bərdə rayon uşaq xəstəxanasının baş həkimi Həqiqət Ağayeva məlumat verib. Onun sözlərinə görə, zəhərlənənlər evə buraxılsa da, onlar bir müddət həkim nəzarəti altında saxlanacaqlar. Qeyd edək ki, dünən Bərdədə kütləvi zəhərlənmə baş verib. APA-nın Qarabağ bürosunun hadisə yerində olan əməkdaşının məlumatına görə, Bərdənin Tumaslı kəndində keçirilən toy məclisində zəhərlənmiş 29 şəxs xəstəxanaya müraciət edib. Onlardan 5-i yaşlı və orta yaşlı şəxslər, 24-ü isə 7-14 yaş arasında olanlardır. Zəhərlənənlərin vəziyyəti orta-ağırdır. Bərdə rayon Uşaq Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Elxan Hümbətov zəhərlənməyə toyda verilən toyuq budu və sərinləşdirici içkilərin səbəb olduğu barədə versiyaların olduğunu bildirib. Hadisə yerində olan kənd sakinləri toyda verilən ətdən qeyri-adi qoxu gəldiyini də deyiblər. Onların bildirdiyinə görə, təxminən 10 gün əvvəl həmin kənddə sərinləşdirici içkilərdən zəhərlənmə faktı qeydə alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR