Bank Of Baku

Azərbaycan paytaxtında uçmuş binanın dağıntıları altından saat 14.11-də çıxarılan cəsədin şəxsiyyəti müəyyənləşib

Azərbaycan paytaxtında uçmuş binanın dağıntıları altından saat 14.11-də çıxarılan cəsədin şəxsiyyəti müəyyənləşib
# 07 sentyabr 2007 12:07 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu, Kürdəmir rayonu, Sorsor kənd sakini, 1967-ci il təvəllüdlü Cəfərov Akif Cəfər oğludur. Qeyd edək ki, bu gün dağıntılar altından 4 cəsəd çıxarılıb. Bunlar 1988-ci il təvəllüdlü, Astara rayonu, Ərçivan kənd sakini Ağayev Rəvan İlyas oğlu, Beyləqan rayon sakini, 1967-ci il təvəllüdlü Sadıxov İlham Soltan oğlu, Astara rayonunun Ərçivan kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynov Seymur Nəcəfəli oğlu və Kürdəmir rayonu, Sorsor kənd sakini, 1967-ci il təvəllüdlü Cəfərov Akif Cəfər oğludur. Dağıntılar altında qaldığı ehtimal edilən Salyan rayon, Kərimbəyli kənd sakini, 1987-ci il təvəllüdlü Mürsəlov Elnur İlyas oğlunun cəsədinin axtarışı davam edir. Qeyd edək ki, bu günə kimi dağıntılar altından ümumilikdə 24 cəsəd çıxarılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR