Bank Of Baku

Əli Bayramlıda baş verən avtomobil qəzasında bir nəfər ölüb

Əli Bayramlıda baş verən avtomobil qəzasında bir nəfər ölüb
# 07 sentyabr 2007 12:23 (UTC +04:00)
Bu gün saat 12.30 radələrində Əli Bayramlı şəhərindəki Heydər Əliyev prospektində Sumqayıt sakini, 1987-ci il təvəllüdlü Rauf Məhərrəm oğlu Bünyadovun idarə etdiyi “VAZ 099” markalı 04-BF-324 dövlət nömrə nişanlı avtomobillə Əli Bayramlı sakini, 1969-cu il təvəllüdlü Vüqar Ənvər oğlu Qasımovun idarə etdiyi 10-XN-261 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil toqquşub. Şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə nəticəsində R. Bünyadov aldığı yaralardan dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər - Ağcabədi rayonunda yaşayan Hicran Kərimova və onun iki körpə uşağı müxtəlif dərəcəli xəsarətlərlə Əli Bayramlı şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Əli Bayramlı Polis Şöbəsində təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR