Bank Of Baku

“Şimal DRES”-də yanğın yağın alışması nəticəsində baş verib və 100 kv/metr ərazini əhatə edib

“Şimal DRES”-də yanğın yağın alışması nəticəsində baş verib və 100 kv/metr ərazini əhatə edib
# 07 sentyabr 2007 12:33 (UTC +04:00)
Dünən saat 21.25 radələrində “Azərenergi” Açıq Səhmdar Cəmiyyətinin “Şimal” Elektrik Stansiyasının (“Şimal DRES”) ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, obyekt strateji əhəmiyyətli olduğundan 3-cü dərəcəli yanğın çağırışı elan olunub. Yanğın 100 kv/metr ərazini əhatə edib və stansiyanın təmir olunmamış hissəsində baş verib. Yanğın ətrafa dağılmış T-22 markalı yağın alışması nəticəsində baş verib. Yanğının söndürülməsi və avadanlıqların soyudulması prosesi cəmi 1 saat çəkib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Nazirlikdən onu da bildiriblər ki, “Şimal DRES”-də partlayışın baş verməsi barədə mətbuatda yazılanlar tamamilə yanlışdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR