Bank Of Baku

Adı itkin düşənlərin siyahısında olmayan daha iki nəfərin cəsədinin Azərbaycan paytaxtında uçmuş binanın dağıntıları altında qaldığı barədə məlumat təkzib olunub

Adı itkin düşənlərin siyahısında olmayan daha iki nəfərin cəsədinin Azərbaycan paytaxtında uçmuş binanın dağıntıları altında qaldığı barədə məlumat təkzib olunub
# 07 sentyabr 2007 14:26 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, Fövqəladə Hallar Nazirliyi ilə prokurorluq orqanlarının apardığı birgə araşdırma nəticəsində adı itkin düşmüşlərin siyahısında olmayan Balakən rayon Katex kəndinin sakini, 1982-ci il təvəllüdlü Mehdiyev Samir İbrahim oğlu və Əli Bayramlı şəhər sakini, 1985-ci il təvəllüdlü Qubadov Əkrəm Tofiq oğlunun dağıntılar altında qaldığı barədə Bakı şəhər Prokurorluğunun məlumatının həqiqətə uyğun olmadığı müəyyənləşib.
Qeyd edək ki, hazırda bir nəfərin - Mürsəlov Elnur İlyas oğlunun cəsədinin dağıntılar altında qaldığı ehtimal olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR