Bank Of Baku

Dələduzluqla məşğul olan Lənkəran sakinləri yaxalanıb

Dələduzluqla məşğul olan Lənkəran sakinləri yaxalanıb
# 07 sentyabr 2007 16:08 (UTC +04:00)
Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqla məşğul olan şəhər sakinləri yaxalanıb. APA-nın Aran bürosunun məlumatına görə, Lənkəran rayonunun Binə Xucavar kənd sakini Xaliq Faiq oğlu İbrahimov və Digah kənd sakini Seymur Xəlil oğlu Nuriyev polis şöbəsinə müraciət edərək, naməlum şəxslərin onlara məxsus dükanlardan müvafiq olaraq 110 və 70 manat dəyərində olan sim-kartları özlərində olan kartlarla dəyişdirdikdən sonra aradan çıxdıqlarını bildiriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Müslüm Maqomayev küçəsi, döngə 1, ev 5-də yaşayan, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Fərhad Söhrab oğlu Tağıyev və Səttarxan küçəsi, ev 22 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Rəfail Mirzəli oğlu Rzayev saxlanılıb. İlkin araşdırma nəticəsində onların Cəlilabad rayonunda da analoji əməllərlə məşğul olduğu sübuta yetirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR