Bank Of Baku

APA-nın Mil-Muğan bürosunun rəhbəri ədalətsizliklə üzləşib

APA-nın Mil-Muğan bürosunun rəhbəri ədalətsizliklə üzləşib
# 10 sentyabr 2007 15:37 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun rəhbəri ədalətsizliklə üzləşib. Avqustun 13-də Əli Bayramlı şəhər sakinlərindən büroya daxil olan şikayətlər əsasında büronun rəhbəri Əlibəy Zeynalov Əli Bayramlı Qaz İstismar İdarəsində 1997-ci ilin borclarına görə əhaliyə paylanmış bildirişlərlə əlaqədar idarədən informasiya əldə etmək üçün müdirlə görüşmək istəyib. Lakin müəssisənin müdiri Nurəddin Nəcəfov əsassız olaraq katibəsi vasitəsi ilə bildirib ki, baş idarənin göstərişi var və əmr qapının üstündən asılıb: “Biz heç kimə informasiya verməyə borclu deyilik”. Məsələni aydınlaşdırmaq, əmrin “İnformasiya əldə etmək haqqında” və “KİV haqqında” qanunlara zidd olduğunu bildirmək üçün jurnalist qapısı açıq olan otağa daxil olaraq Nurəddin Nəcəfova əl uzadıb, əvəzində isə təhqirlə üzləşib. Allah salamını almağı özünə yaraşdırmayan N. Nəcəfov hüquqşünası yanına çağıraraq APA-nın Mil-Muğan bürosunun rəhbəri haqqında yalan akt tərtib etdirib və prokurorluğa müraciət edib. Prokurorluq müraciəti polisə göndərib, polisdə isə Nazim adlı tədqiqatçı diletant səviyyəsində araşdırma aparıb, nəticədə Ə. Zeynalov cərimə olunmaq perspektivi ilə üzləşib. Bununla da ,jurnalistin peşə fəaliyyətinin həyata keçirilməsinə Qaz İstismar İdarəsinin müdiri tərəfindən kobudcasına mane olunması faktına göz yumulub. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR