Bank Of Baku

Nərimanov rayonunda soyğunçuluq etmiş şəxs yaxalanıb

Nərimanov rayonunda soyğunçuluq etmiş şəxs yaxalanıb
# 11 sentyabr 2007 12:14 (UTC +04:00)
Nərimanov rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Təbriz küçəsində, Yevlax rayon sakini Emin Xəlilov Məhərrəm adlı şəxslə birgə Zərdab rayon sakini Dünyamalı Məhərrəmovu bıçaqla hədələyərək qızıl üzüyünü, mobil telefonunu, qol saatını və 100 manatını ondan alıb. Nərimanov RPİ-nin 18-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E. Xəlilov tutulub, Məhərrəm adlı şəxsin tutulması üçün tədbirlər görülür. Faktla bağlı Nərimanov RPİ tərəfindən araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR