Bank Of Baku

İki yol qəzasında 6 nəfər ölüb

İki yol qəzasında 6 nəfər ölüb
# 11 sentyabr 2007 12:15 (UTC +04:00)
Qobustan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Cəngi qəsəbəsində Kürdəmir rayon sakini Fəzail Şahbazovun idarə etdiyi “Mercedes” markalı və Tovuz rayon sakini Mənsur Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Nəticədə hər 2 sürücü və M. Musayevin sərnişinləri - Tovuz rayon sakinləri Rəfiqə Haqverdiyeva, Sənubər Haqverdiyeva, 2 yaşlı Turan Haqverdiyev hadisə yerində ölüb, 6 sərnişin isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qobustan RPŞ-də araşdırma aparılır.
Ağsu rayonunun Muradlı kəndində Şamaxı şəhər sakini İlqar Yunusov idarə etdiyi “Opel” markalı avtomaşını aşırıb. Nəticədə İ. Yunusov hadisə yerində ölüb, xəsarət almış sərnişinləri - Şamaxı şəhər sakinləri Xamıs Quliyev və onun qardaşı Raqib xəstəxanaya yerləşdirilib. Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR