Bank Of Baku

Azərbaycan jurnalistləri Türkiyədə qarət olunub

Azərbaycan jurnalistləri Türkiyədə qarət olunub
# 11 sentyabr 2007 15:33 (UTC +04:00)
Azərbaycanda nəşr olunan “Mədinə” qəzetinin iki əməkdaşı Türkiyədə qarət olunub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Mədinə” qəzeti Azərbaycan Parlamentinin mətbu orqanıdır. Qəzetin müxbiri, 27 yaşlı Elnur Seyidov və operatoru, 27 yaşlı Nazım İsmayılov Qars-Bakı səfəri ilə bağlı material hazırlamaq məqsədi ilə Türkiyənin Bursa şəhərinə gediblər. Qəzetin əməkdaşları Bursada avtomobil kirayələyiblər. Dünən gecə onlar maşını əylənmək üçün getdikləri bir barın avtomobil dayanacağına qoyub, bardan çıxanda isə maşının oğurlandığını görüblər. Mətbuat nümayəndələri hadisə ilə bağlı dərhal jandarmaya müraciət ediblər. Onlar müraciətdə açarın maşının üstündə qaldığını bildiriblər. Bundan başqa, avtomobillə birlikdə, maşında olan iki min dolların, pasportların, jurnalist vəsiqələrinin, notebouk kompüterlərin, kamera və fotoaparatın oğurlandığını qeyd ediblər. Qəzetin əməkdaşları təhlükəsizlik kameralarının daimi çəkiliş apardığını, amma həmin gün kameraların işləmədiyini iddia edərək hadisədə barı günahlandırıblar. E. Seyidov bildirib ki, hadisə barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu artıq Azərbaycan Xarici İşlər Nazirliyini məlumatlandırıb. Faktla bağlı Türkiyə jandarması araşdırma aparır.
Azərbaycan Parlamentindən isə APA-ya qurumun bu adda mətbu orqanının olmadığı bildirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim də APA-ya bildirib ki, bu barədə onlara heç bir məlumat daxil olmayıb. Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran isə APA-ya hazırda Azərbaycanda olduğundan hadisə barədə məlumatsız olduğunu söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR