Bank Of Baku

Qusarçayda baş verən yol qəzası nəticəsində bir nəfər ölüb

Qusarçayda baş verən yol qəzası nəticəsində bir nəfər ölüb
# 11 sentyabr 2007 15:41 (UTC +04:00)
Bakı-Rostov yolunun Qusarçay yaşayış məntəqəsi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın şimal bürosunun məlumatına görə, Ruslan Adil oğlu Zalovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı ağaca dəyib. Nəticədə avtomobilin sərnişini, 1983-cü il təvəllüdlü Xudat şəhər sakini Məcid Zeydulla oğlu Eldarov yerindəcə keçinib, sürücü yüngül xəsarət alıb. İlkin məlumata görə, R. Zalov və M. Eldarov toya gedirmiş. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR