Bank Of Baku

Özünü Kürə atan Sabirabad sakininin meyiti Əli Bayramlı ərazisində tapılıb

Özünü Kürə atan Sabirabad sakininin meyiti Əli Bayramlı ərazisində tapılıb
# 12 sentyabr 2007 08:16 (UTC +04:00)
Sentyabrın 9-da saat 18.00 radələrində özünü Kür çayına ataraq intihar edən Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1968-ci il təvəllüdlü Möhsümova Ulduz Salam qızının meyiti sentyabrın 11-də axşam saatlarında Kür çayının Əli Bayramlı hissəsində aşkarlanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı şəhər Polis Şöbəsindən məlumat verilib. Meyit sudan çıxarılaraq yaxınlarına təhvil verilib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR