Bank Of Baku

Xanlarda keçirilən toy mərasimində kütləvi zəhərlənmə faktı qeydə alınıb

Xanlarda keçirilən toy mərasimində kütləvi zəhərlənmə faktı qeydə alınıb
# 12 sentyabr 2007 10:28 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, toy mərasimində zəhərlənənlərin hamısı rayonun Yeni Zod kəndinin sakinləridir. Dünən axşam saat 19.00 radələrindən etibarən zəhərlənən şəxslər Xanlar rayon mərkəzi xəstəxanasına müraciət etməyə başlayıblar. Xəstəxananın baş həkiminin müavini Eldar Muradov APA-nın Qərb bürosuna bildirib ki, zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən xəstələrdə yüksək hərarət, qarın boşluğunda kəskin ağrılar, ishal, qusma halları müşayiət olunur. Toy mərasimində zəhərlənən şəxslərdən 12 nəfəri dünən, 2 nəfəri isə bu gün Xanlar rayon mərkəzi xəstəxanasına müraciət edib. Zəhərlənənlərin xəstəxanaya müraciəti davam edir. Eldar Muradov xəstələrin vəziyyətinin kafi olduğunu bildirib. Hazırda həkim nəzarəti altında olan xəstələr toy mərasimində əsasən toyuqdan hazırlanmış yeməklər, kolbasa məhsulları və şaftalı şirəsindən istifadə etdiklərini, zəhərlənməyə bu məhsulların səbəb ola biləcəyini deyiblər. Qeyd edək ki, toyda istifadə olunan yeməklər restoran tərəfindən deyil, ev sahibi tərəfindən hazırlanıb. Xanlar rayon Polis Şöbəsinin müstəntiqi Füzuli Zeynalov APA-ya açıqlamasında zəhərlənmiş şəxslərdən izahat alındığını deyib. Onun sözlərinə görə, faktla bağlı təhqiqat davam etdirilir və tibbi-laborator müayinələr başa çatdıqdan sonra zəhərlənməyə hansı qidanın səbəb olduğu müəyyənləşəcək. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR