Bank Of Baku

Şəkidə oğurluqla məşğul olan Qax sakini həbs edilib

Şəkidə oğurluqla məşğul olan Qax sakini həbs edilib
# 12 sentyabr 2007 10:50 (UTC +04:00)
Şəkidə oğurluqla məşğul olan Qax rayon sakini həbs olunub. Şəki rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax rayonunun Qum kənd sakini, 1986-ci il təvəllüdlü Tofiq Məmməd oğlu Mirzəyev Şəkinin mərkəzində yerləşən mağazanı qarət etməkdə ittiham olunur. T. Mirzəyev ötən gecə Şəkidə Xan Sarayının yaxınlığında yerləşən, Həmzət Məmmədova məxsus mağazanın qapısını qıraraq içəriyə daxil olub, dükandan küllü-miqdarda pul və başqa əşyalar götürüb. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində T. Mirzəyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub. İstintaq zamanı onun mağazanı qarət etməsi və rayonun Cuma kəndi ərazisində də bir neçə oğurluq hadisəsi törətməsi təsdiqlənib. Faktla bağlı Şəki RPŞ-də CM-nin 177.2.3 maddəsi ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR