Bank Of Baku

Qonşusunun maşınını qaçıran şəxs qəza törədib

Qonşusunun maşınını qaçıran şəxs qəza törədib
# 12 sentyabr 2007 10:56 (UTC +04:00)
Ağdaş rayonunun Əmirmahmud kənd sakini İlham Abbasov "QAZ-24" markalı avtomaşını idarə edərkən rayon sakini Ərzuman Baxşəliyevi vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Baxşəliyev bu gün ölüb.
Bakının Türkan qəsəbəsinin sakini Emin Əsgərov isə qonşusu Sakit Əliyevə məxsus "VAZ-2107" markalı avtomaşını qaçıraraq, onu Komsomol dairəsinin yaxınlığında maneəyə vurub. Nəticədə xəsarət almış E.Əsgərov xəstəxanaya yerləşdirilib.
Füzulinin Kərimbəyli kəndinin Horadiz qəsəbə sakini Vidida İsmayılov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu "Mil" kanalına aşırıb. Nəticədə V.İsmayılov hadisə yerində ölüb.
Xaçmazın Qusarçay kəndində isə Xudat şəhər sakini Ruslan Zalov "Mersedes" markalı avtomaşını ağaca vurub. Nəticədə maşındakı Xudat şəhər sakini Məcid Eldarov hadisə yerində ölüb, xəsarət almış R.Zalov və digər sərnişini, Xudat şəhər sakini Fərman Şirinov isə xəstəxanaya yerləşdirilib.
Bütün faktlarla bağlı araşdırmalar aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR