Bank Of Baku

Yekaterinburqda erməni və azərbaycanlı arasında atışma baş verib

Yekaterinburqda erməni və azərbaycanlı arasında atışma baş verib
# 12 sentyabr 2007 12:25 (UTC +04:00)
APA-nın “Uralinformbüro”ya istinadən verdiyi məlumata görə, yeməkxanadakı masaların birində oturan üç erməni naməlum səbəbdən yaxınlıqdakı masada oturmuş azərbaycanlı qızla mübahisə edib. Mübahisə zamanı erməni gənclərdən biri stəkandakı kofeni qızın üstünə atıb. Adı açıqlanmayan qız atasına zəng edərək insident barədə ona məlumat verib. Dərhal özünü instituta çatdıran azərbaycanlının erməni gənclə mübahisəsi silahlı qarşıdurmaya çevrilib. Onların hər ikisi bir-birinə tapançadan atəş açıblar və nəticədə biri biləyindən, digəri isə kürəyindən güllə yarası alıb. İnstitutun təhlükəsizlik xidməti hadisə yerinə milis çağırıb. Yaralılar xəstəxanaya aparılıb. Hüquq-mühafizə orqanları fakt üzrə cinayət işi qaldırmağı planlaşdırır. Olayı törədən ermənilərdən ikisinin daha əvvəl institutdan qovulduğu müəyyənləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR