Bank Of Baku

AZAL-ın Aviasiya Təhlükəsizliyi Xidmətinin həbs olunan rəisi və əməkdaşları MTN-in təcridxanasında saxlanılırlar

AZAL-ın Aviasiya Təhlükəsizliyi Xidmətinin həbs olunan rəisi və əməkdaşları MTN-in təcridxanasında saxlanılırlar
# 12 sentyabr 2007 12:47 (UTC +04:00)
E. Süleymanovun vəkili Zaur İbadov APA-ya bildirib ki, müdafiə etdiyi şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Vəkil E. Süleymanovla birlikdə daha neçə şəxsin həbs olunduğu barədə məlumat verməyib. O, E. Süleymanovun həbsinin müğənni Rəqsanənin insan alverində təqsirli bilinən bacısı Ellada İsmayılova və anası Adilə Həsənovanın saxlanması ilə də heç bir əlaqəsi olmadığını da qeyd edib.
AZAL-ın Aviasiya Təhlükəsizlik Xidmətinin əməkdaşı Tamerlan Mikayılova qarşı isə Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə ittiham irəli sürülüb. T. Mikayılovun vəkili APA-ya bildirib ki, onun barəsində Səbayel rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib, o, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır: “Tamerlan Mikayılovun əməlində cinayət tərkibi yoxdur, düşünürəm ki, burada anlaşmazlıq olub. Onun insan alverində təqsirləndirilməsi barədə yayılan məlumatlar isə düzgün deyil” .
Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumatda isə bildirilir ki, adıçəkilən şəxslərdən başqa, daha bir neçə nəfər bu iş üzrə həbs edilib. Onlardan hələlik AZAL-ın Aviasiya Təhlükəsizliyi Xidmətinin mühəndisi Tahir Əsədzadənin və Xidmətin digər əməkdaşı Rafət Əliyevin adı məlumdur. Mənbə bildirib ki, ilk olaraq, T. Mikayılov bu il avqustun 1-də saxlanılıb. Ondan sonra isə digərləri həbs edilib. Saxlanılanların hamısı MTN-in istintaqın təcridxanasında saxlanılır. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR