Bank Of Baku

Qaxda baş verən yol qəzası nəticəsində iki gürcü həlak olub

Qaxda baş verən yol qəzası nəticəsində iki gürcü həlak olub
# 12 sentyabr 2007 13:30 (UTC +04:00)
Bu gün Qax rayonu ərazisində baş verən ağır yol qəzasında milliyyətcə gürcü olan iki Qax rayon sakini həlak olub. Qax rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saat 12:00 radələrində Xaldan-Balakən şosesinin 102-ci kilometrliyində, rayonun Tasmalı kəndi ərazisində baş verib. Yüksək sürətlə idarə olunan “AUDİ” markalı İTİ-512 Gürcüstan dövlət nömrə nişanlı avtomobil aşaraq yolun kənarındakı kanala düşüb. Qəza nəticəsində milliyyətcə gürcü olan Qax rayonunun Alatəmin kənd sakinləri, sürücü, 1967-ci il təvəllüdlü Bacianaşvili Badri Baqratovic və maşında olan sərnişin, 1975-ci il təvəllüdlü Tamazaşvili Pota Nodaroviç hadisə yerindəcə keçinib. Avtomobildə olan digər sərnişin - 1968-ci il təvəllüdlü Tartaraşvili Jeniri Alyosoviç isə ağır bədən xəsarəti ilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə, hazırda onun vəziyyəti ağırdır. Baş vermiş yol-qəzası ilə bağlı Qax RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR