Bank Of Baku

Bakı-Rostov yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı-Rostov yolunda ölümlə nəticələnən yol qəzası baş verib
# 13 sentyabr 2007 09:01 (UTC +04:00)
Bakı-Rostov yolunun 121-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın şimal bürosunun Dəvəçi rayon polis şöbəsindən aldığı məlumata görə, Sincanboyad kəndi ərazisində Bakı istiqamətində hərəkət edən, Ramiz İmamverdiyevin idarə etdiyi "QAZel" markalı yük avtomobili Quba istiqamətində hərəkət edən, Sadiq Əzizovun idarə etdiyi "KamAZ"-la toqquşub. Nəticədə ağır yaralanmış Xaçmaz sakini Ramiz İmamverdiyev xəstəxanaya aparılarkən yolda keçinib. Qəzada S. Əzizov da xəsarət alıb. Lakin onun həyatı üçün heç bir təhlükə olmadığı bildirilir. Faktla bağlı Dəvəçi rayon prokurorluğu təhqiqat aparır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR