Bank Of Baku

2006-cı ilə qədər Azərbaycanda yaşamış çeçen səhra komandiri təslim olub

2006-cı ilə qədər Azərbaycanda yaşamış çeçen səhra komandiri təslim olub
# 13 sentyabr 2007 09:30 (UTC +04:00)
Çeçenistanda Əbu-Həvs adlı ərəb muzdlusunun dəstəsinin üzvü olmuş Umalt Boltiyev Şali şəhərində həbs edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü U. Boltiyev 1997-ci ildən 2006-cı ilə qədər Əbu-Həvsin dəstəsində fəaliyyət göstərib. Hazırda onunla bağlı istintaq hərəkətləri aparılır. Bundan başqa, son bir sutka ərzində hüquq-mühafizə orqanlarına iki şəxs təslim olub. Onlardan biri Əhməd Zakayevin dəstəsinin üzvü olub, digəri isə vaxtilə tabeliyində 100-ə yaxın döyüşçünün olduğu səhra komandirdir. Adı açıqlanmayan komandir bildirib ki, 1999-cu ildə Çeçenistanı tərk edərək Gürcüstana, daha sonra Azərbaycana gedib. O, 2006-cı ilə qədər Azərbaycanda yaşadığını söyləyib. Hazırda onun cinayətlərdə əlinin olub-olmadığı araşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR