Bank Of Baku

Qaxda narkotik vasitələrin alveri ilə məşğul olan Qəbələ sakini həbs edilib

Qaxda narkotik vasitələrin alveri ilə məşğul olan Qəbələ sakini həbs edilib
# 13 sentyabr 2007 10:04 (UTC +04:00)
Qaxda narkotik vasitələrin alveri ilə məşğul olan Qəbələ rayon sakini həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. RPŞ-dən bildirilib ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Qax polisi ilə birgə keçirdiyi əməliyyat nəticəsində Qəbələ rayonunun Zarağan kənd sakini, 1969-cu il təvəllüdlü Sahib Ağayev narkotik vasitə satarkən yaxalanıb. Axtarış zamanı S. Ağayevin üzərindən 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bundan başqa, onun əvvəllər müxtəlif səbəblərdən 4 dəfə həbs olunduğu bildirilib. RPŞ-dən verilən məlumata görə, S. Ağayev artıq saxlanılıb və onun barəsində cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR