Bank Of Baku

Gədəbəy polisi çəkisi 1985 kiloqram olan 4358 ədəd çətənə kolunu məhv edib

Gədəbəy polisi çəkisi 1985 kiloqram olan 4358 ədəd çətənə kolunu məhv edib
# 13 sentyabr 2007 13:42 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları vətəndaşlardan külli miqdarda narkotik maddə aşkar edərək götürüb. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sabirabad rayon sakini Müşfiq Məmmədov 14,05 qram marixuananı satarkən tutulub. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Səbail RPİ əməkdaşları Badamdar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rauf Mahmudovdan 0,212 qram heroin, Nəsimi RPİ-nin əməkdaşları Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elsevər Quliyevdən 300,057 qram tiryək, Nizami RPİ-nin əməkdaşları Bakı şəhər sakini Cahan Xudabaxşıyevdən 0,214 qram heroin, Yasamal RPİ-nin əməkdaşları Bakı şəhər sakini Ədalət Quliyevdən 0,257 qram heroin, Qaradağ RPİ-nin əməkdaşları Sahil qəsəbə sakini, əvvəllər məhkum olunmuş Samir Səlimovdan 0,229 qram heroin və 1,92 qram həşiş, Astara RPŞ əməkdaşları Türkiyə vətəndaşı Yaşar Takdemirdən 0,59 qram tiryək götürüblər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gədəbəy RPŞ-nin əməkdaşları Dəyəqarabulaq kəndindən 0,2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 1985 kiloqram olan 4358 ədəd çətənə kolunu yığaraq məhv ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR