Bank Of Baku

Dörd maşının toqquşması nəticəsində ərlə arvad həlak olub

Dörd maşının toqquşması nəticəsində ərlə arvad həlak olub
# 13 sentyabr 2007 14:08 (UTC +04:00)
Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən gecə saat 23:45 radələrində Xətai rayonundakı Nobel prospektində Bakı şəhər sakini Rəşad Səlimov idarə etdiyi “Nissan” markalı avtomaşını yolun əks istiqamətinə çıxarıb. Nəticədə “Nissan” Yunis Əliyevin idarə etdiyi “VAZ-2107” markalı, Füzuli rayon sakinləri Vüqar Quliyevin idarə etdiyi “VAZ-2106” markalı və Nərcə Aslanovun idarə etdiyi “Tofaş” markalı avtomaşınlarla toqquşub. Nəticədə xəsarət almış Y. Əliyev və sərnişini, həyat yoldaşı Şövkət xəstəxanada ölüb, qızı Əsmər, habelə R. Səlimov, sərnişini Ceyhunə Məmmədova və V. Quliyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
Xanlar rayonunda isə Üçtəpə kənd sakini Cəlil Məmmədovun idarə etdiyi “UAZ” və Dozular kənd sakini Viləddim Zeynalovun idarə etdiyi “QAZ-21” markalı avtomaşınlar toqquşub. Nəticədə C. Məmmədovun xəsarət almış sərnişinləri, Gəncə şəhər sakini Natiq Orucov, Qırıxlı kənd sakinləri Ayaz Alyarov və Asif Rüstəmov, habelə V. Zeynalov və onun sərnişinləri, Dozular kənd sakinləri Qoşqar Bayramov, Rövşən Abbasov və onun nəvələri Rövşən, Ayxan xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xanlar RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR