Bank Of Baku

İki qadın alverçisi yaxalanıb

İki qadın alverçisi yaxalanıb
# 14 sentyabr 2007 10:51 (UTC +04:00)
İnsan alverinə qarşı aparılan mübarizə çərçivəsində iki qadın alverçisi yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Aynur Əsgərova saxlanılıb. A. Əsgərova bir qrup şəxslə cinayət əlaqəsinə girərək, gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilir.
Masallı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə rayon sakini Mehbarə Əzimova tutulub. M. Əzimova 2 qadını fahişəliyə cəlb etdiyi üçün saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR