Bank Of Baku

Ağcabədidə oğurlanmış maşın tapılıb

Ağcabədidə oğurlanmış maşın tapılıb
# 14 sentyabr 2007 10:52 (UTC +04:00)
Ağcabədi polisi quldurluq və dələduzluq etmiş şəxsi yaxalayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 12-də saat 23:00 radələrində naməlum şəxs Ağcabədi rayonunun Hindarx kəndi yaxınlığında rayon sakini Əbülfət İsmayılovun idarə etdiyi “VAZ-2101” markalı avtomaşına sərnişin qismində oturub Hindarx kəndinə gedəcəyini bildirib. Hindarx kəndi ərazisində həmin şəxs Ə. İsmayılovu bıçaqla hədələyərək, 20 manat pulunu və avtomaşınını ondan alıb. Ağcabədi RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. İsmayılova qarşı quldurluq etmiş Xocavənd rayon sakini Vahid Əliyev həbs edilib, “VAZ-2101” markalı avtomaşın isə Xocavənd kəndi ərazisindən tapılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR