Bank Of Baku

4 yol qəzasında 4 nəfər həlak olub

4 yol qəzasında 4 nəfər həlak olub
# 14 sentyabr 2007 11:07 (UTC +04:00)
Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Zığ yolunda Zəngilan rayon sakini Mürsəl Hüseynov idarə etdiyi “VAZ-21011” markalı avtomaşınla H. Aslanov qəsəbəsinin sakini Səbinə İsmayılovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S. İsmayılova orada ölüb. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
Dəvəçi rayonunun Sincanboyad kəndində Xaçmaz şəhər sakini Ramiz İmanverdiyevin idarə etdiyi “QAZel” və Sumqayıt şəhər sakini Sadiq Əzizovun idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər iki sürücü və R.İmanverdiyevin sərnişini, Xaçmaz şəhər sakini Tərlan Ələkbərov xəstəxanaya yerləşdirilib. R. İmanverdiyev orada keçinib. Faktla bağlı Dəvəçi RPŞ-də araşdırma aparılır.
Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini Adil Alışov idarə edərkən “Mercedes” markalı avtomaşınla qəsəbə sakini Qafar Zülfüqarovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Q. Zülfüqarov orada vəfat edib. faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır.
Xırdalan şəhərində Bakı şəhər sakini İqrar Bahadurov “BMV” markalı avtomaşını idarə edərkən Xırdalan sakini Aqilə Məmmədovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A. Məmmədova orada dünyasını dəyişib. Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR