Bank Of Baku

Hacıqabulda üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Hacıqabulda üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 14 sentyabr 2007 13:42 (UTC +04:00)
Onun sözlərinə görə, bu gün saat 12:30 radələrində rayonun İsmət Qayıbov küçəsində Ərzuman Xələf oğlu Xələfovun idarə etdiyi “PAZ 672-M” markalı 18 AC 594 dövlət nömrə nişanlı sərnişin avtobusu, Adil Müseyib oğlu Şıxalıyevin idarə etdiyi 10 CO 823 dövlət nömrə nişanlı “VAZ-2103” və Samit Balakişi oğlu Mürvətovun idarə etdiyi markalı 10 EX 394 dövlət nömrə nişanlı “QAZel” toqquşub. Nəticədə A. Şıxalıyev və onun bacısı Cəmilə Dadaşova hadisə yerində keçinib, 1994-cü il təvəllüdlü oğlu İsgəndər Şıxalıyev isə rayon xəstəxanasında vəfat edib. Daha iki nəfər müxtəlif dərəcəli xəsarətləri ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR