Bank Of Baku

Bu gecə saat Samur-Abşeron kanalının suyu kəsilərək Vəlvələ çayına axıdılacaq

Bu gecə saat Samur-Abşeron kanalının suyu kəsilərək Vəlvələ çayına axıdılacaq
# 14 sentyabr 2007 16:16 (UTC +04:00)
Dəvəçi rayonunun Dağ Bilici kənd sakini 7 yaşlı Reyhanə Məcidovanın axtarışı ilə əlaqədar bu gecə saat 23:00-da Samur-Abşeron kanalının suyu kəsilərək Vəlvələ çayına axıdılacaq. Samur-Abşeron su kanalı idarəsinin rəisi Şahin Musayevin APA-nın şimal bürosuna verdiyi məlumata görə, kanalda suyun səviyyəsi dalğıcların işləməsi üçün təhlükəlidir. Odur ki, uzunluğu 1260 metr olan tuneldə axtarışlar aparılması üçün su kəsilərək Vəlvələ çayına axıdılacaq. R. Məcidovanın meyitinin axtarış əməliyyatına isə sabah səhər saat 08:00 radələrində başlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR